Oktyabrın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və ailə üzvləri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət ediblər.
Şərqşünas alim Vasim Məmmədəliyev anadan olmasının 75-ci il dönümü tamam olan Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun əsərlərinin dünya şərqşünaslığı xəzinəsinə daxil olan çox dəyərli araşdırmalar olduğunu vurğulayıb. V.Məmmədəliyev qeyd edib ki, Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq elminin tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdən biridir.