Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının tərkibinə daxil edilib.
Müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.
Dövlət başçısının imzaladığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edilsin:
Abdullayev Kamal Mehdi oğlu
Əbdüləziz bin Osman əl-Tüveycri
Əliyeva Leyla İlham qızı
Əlizadə Akif Ağamehdi oğlu
Əlizadə Firəngiz Əliağa qızı
Koiçiro Matsuuro
Quliyev Eldar Tofiq oğlu
Salahov Tahir Teymur oğlu
Şarovski Aleksandr Yakovleviç
Zabelin Mixail Yuryeviç