“Şən bəbirlər” müsabiqəsi başa çatıb
05/02/2015

IDEA İctimai Birliyinin 3 noyabr tarixində start verdiyi “Şən bəbirlər” adlı ekoloji müsabiqə yekunlaşıb.

Müsabiqədə iştirak edən 50-ə yaxın uşaq bəbiri və digər pişikkimiləri təsvir edən geyimlərdə çəkilmiş fotolarını IDEA-ya göndəriblər.

Müsabiqənin münsiflər heyəti bu fotolar arasından ən yaxşı və yaradıcı 3 fotonu seçərək müsabiqənin qalibi elan edib. Qaliblər IDEA tərəfindən qiymətli hədiyyələrlə mükafatılandırılıblar.

Layihənin məqsədi Qafqaz regionun nadir heyvan cinslərindən olan bəbirin tanıdılması və gənc nəslin biomüxtəlifliyimizin mühafizəsinə təşviq edilməsindən ibarət idi.