IDEA “Earth Hour” kampaniyasında iştirak üçün könüllülərin yığımına başlayıb
09/02/2015

IDEA İctimai Birliyi martın 28-də keçiriləcək “Earth Hour” kampaniyasında iştirak üçün könüllülərin cəlb olunması işinə başlayıb.

Aksiyaya hazırlıqlar fevralın 10-dan etibarən başlayacaq və martın ortalarınadək davam edəcək.

Aksiya çərçivəsində nəzərdə tutulan videoçarxın çəkilişi üçün xüsusi xoreoqrafiya dərsləri keçiriləcək. Fevralın sonunadək 5 və ya 6 dərsin keçirilməsi planlaşdırılır.

Aksiyada iştirak etmək istəyənlər bu elektron ünvana müraciət edə bilərlər: [email protected]