Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Xocalı faciəsi haqqında həqiqətlərin Koreya ictimaiyyətinə daha yaxından çatdırılması məqsədilə Koreya dilində videoçarx hazırlanaraq, ən böyük axtarış saytı olan “Naver”, eləcə də “Google” və “Youtube”da yerləşdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə hazırlanmış videoçarxın müəllifi koreyalı tələbə Kim Juhvandır.
Videoçarxda Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin salındığı bildirilir.
Videoçarxda, həmçinin faciə şahidlərinin dəhşətli hadisələrlə bağlı sadaladıqları faktlara yer verilib.