Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Məlum olduğu kimi, 5 noyabr 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu”na (“Yaşıl Marafon”) start verilib.
Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
Marafonun ilk mərhələsi çərçivəsində Azərbaycanın 76 rayon və şəhər icra hakimiyyətləri, özəl sektor nümayəndələri və vətəndaşların iştirakı ilə ölkə ərazisində 800 minə yaxın ağac əkilib.
IDEA yaz əkin mövsümünün gəlişi ilə əlaqədar, “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun ikinci mərhələsinə başlandığını elan edir və bütün maraqlı təşkilatları bu layihədə iştirak etməyə çağırır.
Marafonun gedişi IDEA İctimai Birliyinin internet səhifəsində (http://ideacampaign.org/green_marathone/) mütəmadi olaraq işıqlandırılmaqda davam edəcək. Müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar internet səhifəsində yerləşdiriləcək.
“Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun bu ilin may ayının əvvəlində başa çatdırılması planlaşdırılır.