Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Məkkədə ümrə ziyarətində olublar

Video

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Məkkədə ümrə ziyarətində olublar

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Məkkədə ümrə ziyarətində olublar
06/04/2015

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.

Prezident və ailə üzvləri Əl-Həram məscidinə gəliblər.

Prezident İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolandıblar, məsciddə namaz qılıblar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti olub. Prezident və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.

Sonra Prezident və ailə üzvləri Kəbəyə daxil olublar, burada namaz qılıblar.

Ümrə ziyarəti başa çatdıqdan sonra Azərbaycan Prezidentinə Əl-Həram məscidi haqqında ətraflı məlumat verilib.