Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlət başçısı mərasimdə çıxış edib.
Sonra “Heydər Əliyev” mükafatının təqdimetmə mərasimi olub.
Azərbaycanın xalq rəssamı Tahir Salahovun “Heydər Əliyev” mükafatı ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxunub və Prezident İlham Əliyev mükafatı Tahir Salahova təqdim edib.
Sonra Heydər Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olunub.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə dəstəyinə və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirakına görə tanınmış incəsənət eksperti Erve Mikaelofa və qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib.
Mərasim bədii hissə ilə davam edib.