Azərbaycan güləşçiləri birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıblar

Video

Azərbaycan güləşçiləri birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıblar

Azərbaycan güləşçiləri birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıblar
14/06/2015

Birinci Avropa Oyunlarının üçüncü günündə Azərbaycanın yunan-Roma güləşçiləri bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarını izləyiblər.

Yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının üzvü Elvin Mürsəliyev 75 kiloqram çəki dərəcəsində finalda Serbiya idmançısı Viktor Nemesə qalib gəlib.

Medalları qaliblərə Prezident İlham Əliyev təqdim edib.