Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə əlaqədar Olimpiya ailəsinin üzvləri üçün qəbul təşkil edilib.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri qəbulda iştirak ediblər.
Qəbulda birinci Avropa Oyunlarının açılışından bəhs edən videoçarx nümayiş olunub.
Prezident İlham Əliyev qəbulda çıxış edib.
Daha sonra mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib.