Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Ümumdünya Qan Donoru Günü münasibətilə Moskvada “Qanın milləti yoxdur” adlı ənənəvi illik aksiya keçirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş bu humanitar aksiya Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin klinik transfuziologiya və hematologiya kafedrasında keçirilib.
Heydər Əliyev Fondunun Moskva səhiyyə müəssisələrində qan köçürülməsinə ehtiyacı olan pasiyentlərə kömək göstərilməsi üzrə layihəsinin tərkib hissəsi olan aksiyada Azərbaycan, Rusiya, Malayziya, Yunanıstan, Özbəkistan, Gürcüstan və Çindən olan 100-ə yaxın tələbə iştirak edib.
RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü, tədbirin əsas təşkilatçılarından biri, tibb elmləri namizədi Samir Əliyev qeyd edib ki, qanvermə aksiyasının iştirakçıları bir tərəfdən öz sağlamlıqlarının vəziyyəti barədə məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara kömək etməklə xeyirxah iş görürlər.
Xatırladaq ki, RAGB son yeddi ildə bu universitetin tələbələri və əcnəbi tələbələrlə iş üzrə dekanlığın əməkdaşları ilə birlikdə mütəmadi olaraq bu cür aksiyalar keçirir.
“Qanın milləti yoxdur” adlı humanitar aksiya Rusiyanın başqa regionlarındakı tibbi profilli ali məktəblər bazasında da keçirilir. Bundan əlavə, donor tələbələr Asiya və Afrika ölkələrində genişmiqyaslı tibbi kömək işini təşkil etməklə başqa ölkələrdə qana ehtiyacı olanlara da kömək göstərirlər.