Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
İyunun 19-da “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışları davam edib.
Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 91 kiloqram çəki dərəcəsində Azərbaycanı “Bakı-2015”də təmsil edən Məhəmmədrəsul Məcidovun çıxışını izləyiblər.
Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov yarışa səkkizdəbir final mərhələsindən qoşulub. Boksçumuz bu mərhələdə Gürcüstan təmsilçisi Mixeil Baxtidzeni 3:0 hesabı ilə məğlub edib.
Məhəmmədrəsul Məcidovun dörddəbir final mərhələsində rəqibi Türkiyə idmançısı Əli Dəmirəzən olacaq. Bu döyüş iyunun 22-də keçiriləcək.