Mehriban Əliyeva və ailə üzvləri Azərbaycanın qadın voleybolçularının Belçika millisi ilə oyununu izləyib

Video

19/06/2015

İyunun 19-da birinci Avropa Oyunları çərçivəsində qadınlar arasında voleybol yarışları keçirilib.

Azərbaycan millisinin Belçika yığması ilə keçirdiyi görüşü Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.

A qrupunda yer alan Azərbaycan millisi Belçika yığması ilə keçirdiyi görüşün birinci setində 25:21 hesabı ilə qalib gəlib. İkinci setdə 22:25 hesabı ilə belçikalılara məğlub olan voleybolçularımız üçüncü setdə rəqiblərindən üstün olub: 25:20. Dördüncü setdə belçikalılar uğur qazanıb: 25:21. Görüşün taleyi 5-ci setdə həll olunub. Bu seti Azərbaycan yığması 15:6 hesabı ilə öndə bitirib. Ümumi nəticədə Azərbaycan millisi 3:2 hesabı ilə qələbə qazanıb.