Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Birinci Avropa Oyunlarında taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da bütün rəqiblərinə qalib gələn Azərbaycan idmançısı Radik İsayev qızıl medalın sahibi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri taekvondo yarışları üzrə final qarşılaşmasını izləyiblər.
Radik İsayev finalda Rusiya idmançısı Vladislav Larini 4:3 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Mükafatlandırma mərasimində idmançılara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.