Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva birinci Avropa Oyunları çərçivəsində sambo yarışlarını izləyiblər

Video

22/06/2015

İyunun 22-də Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında 8 dəst medal uğrunda mübarizə aparılıb. Həm kişilər, həm də qadınlar 4 çəki dərəcəsində qüvvələrini sınayıblar. Azərbaycan bu yarışlara 8 samboçu ilə qatılıb. Samboçularımız müvəffəqiyyətlə çıxış ediblər. Azərbaycan samboçuları Nəzakət Xəlilova, İslam Qasımov, Amil Qasımov və Vasif Səfərbəyov gümüş medallar qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarışların gedişini izləyiblər.

Sonda qaliblərə mükafatlar təqdim olunub.