Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün şənlik təşkil olunub
24/06/2015

İyunun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti dəfə şənlik təşkil olunub.

Şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Şənlikdə Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri iştirak ediblər.

Leyla Əliyeva uşaqlarla söhbət edib.

Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri paylanıb.