Prezident İlham Əliyev və ailə üzvləri birinci Avropa Oyunları çərçivəsində boks yarışlarının final mərhələsini izləyiblər

Video

27/06/2015

İyunun 27-də birinci Avropa Oyunlarının kişilər arasında boks yarışlarında Azərbaycanın aktivinə daha üç qızıl medal yazılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri boks yarışlarını izləyiblər.

"Baku Crystal Hall"da keçirilən yarışlarda 60 kiloqram çəki dərəcəsində Azərbaycan boksçusu Albert Səlimov final qarşılaşmasında Fransa təmsilçisinə qalib gəlib.

Sonra 69 kiloqram çəkidə Pərviz Bağırov həlledici görüşə çıxıb. O, rusiyalı Aleksandr Besputindən üstün olub və birinci Avropa Oyunlarının qalibi adını qazanıb.

Azərbaycan boksçusu Abdulqadir Abdullayev isə 91 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanıb. Onun rəqibi zədəli olduğundan final görüşünə çıxmayıb və Abdulqadir Abdullayev avtomatik qalib elan olunub.

Qaliblərə medalları Prezident İlham Əliyev təqdim edib.