İDEA İctimai Birliyinin həyata keçirdiyi “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Qusarda bir gündə üç min ağac əkilib
24/10/2015

Oktyabrın 24-də Qusar şəhərinin müxtəlif ərazilərində üç min ağac əkilib. Ağacəkmə kampaniyası İDEA İctimai Birliyinin həyata keçirdiyi “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində təşkil edilib. Ekoloji mühitin qorunması və yaşıllıq sahələrinin artırılması məqsədi daşıyan kampaniya çərçivəsində, əsasən, bölgənin iqlim şəraitinə uyğun olan şam ağacları əkilib.

Ekoloji aksiya Qusar şəhərinin girişindəki Bayraq meydanı ərazisində və şəhərdən Çiləgir kəndi istiqamətində gedən yolun ətrafında həyata keçirilib. Ağacəkmə kampaniyasında rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları, eləcə də sakinlər iştirak ediblər.