Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Respublikasına səfər ediblər

Video

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Respublikasına səfər ediblər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Respublikasına səfər ediblər
14/11/2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyə Respublikasına işgüzar səfər ediblər.

Antalyanın beynəlxalq aeroportunda Azərbaycan Prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.