Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi turnir təşkil edib. Turnir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycan həftəsi çərçivəsində keçirilib.
Turnirdə Moskvanın və Rusiyanın regionlarının müxtəlif ali məktəblərindən 23 komanda qalib adı uğrunda mübarizə aparıb.
Oyuna tanınmış bilicilər, “Büllur bayquş” mükafatının sahibləri Rövşən Əsgərov və Dmitri Avdeyev aparıcılıq ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müşaviri, MDBMİ-nin məzunu Natiq Əliyev iştirakçı komandaları təqdim edərək bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilir, iştirakçı komandaların sayı durmadan artır. Bu il turnirdə ilk dəfə İjevskdən də komanda iştirak edir.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi əməkdaşı Solmaz Rüstəmova–Tohidi, RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev fəxri qonaqlar arasında olublar.
Bilicilər 28 suala cavab veriblər. “Nə? Harada? Nə zaman?” turnirinin ötən dəfəki qalibi, M. V. Lomonosov adına MDU-nun komandası bu dəfə də ən erudit komanda olub və bütün oyun boyu liderliyini qoruyub saxlayıb. Gümüş və bürünc medallara iddialı komandalar isə daim dəyişib. Ali Iqtisadiyyat Məktəbinin komandası turnirin yekununda ikinci yeri tutub. MDBMİ-nin və RF Hökuməti yanında Maliyyə Universitetinin komandaları üçüncü yeri bölüşüblər.