Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Dekabrın 22-də İDEA İctimai Birliyi, “ASAN xidmət” və “Azersun Holding” MMC-nin birgə təşkilatçılığı ilə Bərdə “ASAN xidmət” mərkəzində “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev layihənin mahiyyətindən və əhəmiyyətindən danışıblar.
Aksiya zamanı Yevlax, Bərdə, Ağdam və Tərtər rayonlarından toplanan 65 ton kağızdan simvolik dağ yaradılıb.
Sonda kağız tullantılarının toplanmasında fəallıq göstərən rayonların nümayəndələri, həmçinin ən fəal iştirakçılar diplomla təltif olunub.