Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva uşaqları Yeni il və Milad bayramı münasibətilə təbrik edib.
Leyla Əliyevanın təşəbbüsü ilə Fondun nümayəndələri 1000 kitab və şirniyyatı aztəminatlı ailələrin uşaqları və bazar günü məktəblərinin şagirdləri üçün Xilaskar İsa Kafedral Kilsəsinə veriblər.
Bayram günlərində Rusiyanın 30 regionunda uşaq evlərinin sakinləri də Leyla Əliyevanın adından Milad hədiyyələri alıblar.