Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Yanvarın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.
Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə ulu öndər Heydər Əliyev bu pansiotda olub, veteranlarla görüşüb. 2013-cü ildə pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 207 nəfər yaşayır.
Leyla Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edib. Pansionatda yaşayanlar burada onlar üçün yaradılan şəraitdən razılıq ediblər. Leyla Əliyeva pansionat sakinlərinin öz həyatları barədə söhbətlərini heyranlıqla dinləyib, onların qayğıları ilə maraqlanıb.
Pansionatın sakinlərinin musiqi alətlərində ifası bu tədbirin ən maraqlı məqamlarından biri kimi yadda qalıb.
Leyla Əliyeva pansionatda yaradılan şəraitlə tanış olub, otaqları gəzib.
Pansionat sakinləri ilə yaddaqalan görüşün daha bir məqamı isə Zəminə Cəbrayılovanın öz yazdığı şeirlərini Leyla Əliyevaya oxuması olub.
Pansionat sakinləri ilə görüşə yenə də gələcəyini deyən Leyla Əliyeva onlara cansaglığı və uğurlar arzulayıb.