Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Martın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda iştirak edən Albaniyanın birinci xanımı Odeta Nişani ilə görüşüb.
Albaniyanın birinci xanımı Odeta Nişanini Bakıda görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb.
Mehriban Əliyeva Albaniyanın birinci xanımına Bakıya səfəri çərçivəsində Azərbaycan ilə daha yaxından tanış olmaq imkanı qazanacağını diqqətə çatdırıb.
Odeta Nişani Foruma dəvətə görə minnətdarlığını bildirib. Qonaq Azərbaycana ilk dəfə səfər etdiyini deyərək paytaxtımızın onda xoş təəssürat yaratdığını vurğulayıb.