Aprelin 26-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşüb.
Qazaxıstan parlamenti Senatının sədrini ölkəmizdə salamlayan Mehriban Əliyeva Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd edib. Bildirib ki, belə mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın sivilizasiyalararası dialoq sahəsində fəaliyyətinə verilən dəyərin nəticəsidir.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.