Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Если б звезды ступеньками стали” (“Ulduzlar pillə-pillə düzülsəydi səmaya”) adlı şeirlər toplusu Bakıda satışa çıxarılıb.
Müəllifin müxtəlif şeirlərinin toplandığı kitaba ön sözü SSRİ Dövlət Mükafatı laureatı, Rusiya Federasiyasının Əməkdar İncəsənət xadimi Andrey Dementyev yazıb.
“Səfərlərimdən biri Heydər Əliyevlə görüşlə xüsusi olaraq yadda qaldı. Biz iki saat Azərbaycan və rus ədəbiyyatından danışdıq və mən onun bədii yaradıcılıqdan incə anlayışına heyran oldum. Ailə ənənələrindən qaçmaq mümkün deyil. Yəqin ki, elə bu səbəbdən Leyla səmimi, istedadlı və parlaq yazır. Şairə oxucuları ilə ən yaxın adamları kimi baş-başa qalır, onlara öz qəlbini etibar edir”, – deyə Andrey Dementyev qeyd edib.
Ön söz müəllifinin fikrincə, Leyla Əliyevanın mənəvi dürüstlüyü və səmimiliyi onun poeziyasının əsas üstün cəhətidir.
Xatırladaq ki, Leyla Əliyevanın “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” adlı kitabının təqdimatı müəllifin iştirakı ilə aprelin 24-də keçirilib.