Prezident İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb
02/09/2016

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

Görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşılayıblar.

Dövlətimizin başçısı görüşdə nitq söyləyib.

Sonra mükafatlandırma mərasimi olub.