Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının VI turunun oyunlarına baxıb
08/09/2016

Sentyabrın 8-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turu keçirilib.

Olimpiadanın yeddinci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bakı Crystal Hall”a gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

Leyla Əliyeva əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.

Kişilərdən ibarət Rusiya yığmasının kapitanı Andrey Filatov ilə də görüş olub.

Sonra Leyla Əliyeva Norveç komandasının üzvü, hazırkı dünya çempionu Maqnus Karlsen ilə filippinli Xulio Katalino Sadorra arasındakı görüşdə ilk gedişi edib.

Sonra Olimpiadanın sərgi salonuna baxış olub.