Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu açılış mərasimindən sonra işini plenar iclasla davam etdirib.
Plenar iclasın birinci hissəsində siyasi və dini liderlər çıxış ediblər. İkinci hissədə isə Nobel mükafatı laureatlarının çıxışları olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva plenar iclasın ikinci hissəsində iştirak edib.
İclasın ikinci hissəsinə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə sədrlik edib.