Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İntellektual Klubu Moskvada “Nə? Harada? Nə vaxt?” oyunlarının payız seriyasını keçirib.
İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin binasında keçirilmiş turnirdə çıxış edən 34 komanda 24 suala cavab verib. Millətlərarası səviyyədə keçirilən oyunda (bu il iştirakçılar sırasına regional nümayəndəliklər və müxtəlif milli klublar da qoşulub) 200-dən çox gənc oğlan və qız iştirak edib.
Ənənəyə görə, turnirin aparıcısı rolunda bizim həmvətənimiz, “Nə? Harada? Nə vaxt?” oyunu üzrə “Büllur bayquş” mükafatının sahibi Rövşən Əsgərov çıxış edib.
Oyunun yekunlarına əsasən iki komanda: Ali İqtisad Məktəbinin (AİM) “Novaya sbornaya” və “AMOR Buryatiya” komandaları liderliyi ələ keçirərək həlledici raundda birincilik uğrunda mübarizə aparıblar. Bu mərhələdə AİM komandası daha uğurlu çıxış edib.
Turnirin qaliblərinə fəxri diplomlar və qiymətli hədiyyələr təqdim edilib.