Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Dekabrın 1-də Məşhur Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində “Mənim həyatım: sevgi və şövq” adlı konsert proqramı ilə çıxış edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.
Konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “Valsın kralı” İohan Ştrausun, həmçinin digər Vyana klassiklərinin - ata İohan Ştraus, Karl Mixael Tsirer, Karl Tseller, Yozef Ştraus, Eduard Ştraus və Luici Arditinin əsərləri ifa olunub.
Orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsertdə həm skripkada ifa edib, həm də dirijorluq edib.
Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim olunub.
Konsertdən sonra Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin yaradıcısı və bədii rəhbəri Peter Qutla görüşüb.