Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.

Prezident İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu birgə foto çəkdiriblər.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.