Prezident İlham Əliyev və ailə üzvləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak ediblər

Video

18/02/2017

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr olunan panel-müzakirədə iştirak edib.

Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Dövlətimizin başçısı panel-müzakirədə çıxış edib, daha sonra sualları cavablandırıb.

Panel-müzakirələrdə Estoniya Prezidenti xanım Kersti Kalyulayd, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev və Ukraynanın keçmiş Baş naziri Arseni Yatsenyuk da çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri fevralın 19-da başa çatıb.