Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Fondu Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə növbəti görüş təşkil edib.
Nahar və çay süfrəsi arxasında keçən görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla səmimi söhbət edib.
Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı, əmək və müharibə veteranları ilə və ahıllarla daim görüşlər keçirdiyini, onları qayğı ilə əhatə etdiyini vurğulayan pansionat sakinləri bunun mənəvi baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionata baş çəkir, buranın şəraiti, sakinlərin qayğıları ilə maraqlanır, onların müxtəlif problemlərinin həllində iştirak edirlər. Eləcə də pansionat sakinlərinin asudə vaxtlarının təşkili daim diqqətdə saxlanılır.
Pansionatdan kənar təşkil olunan budəfəki görüş və istirahət proqramı sakinlər üçün xoş təəssürat yaradıb.
Tədbirdə Heydər Əliyev Fondu adından hədiyyələr də verilib.