Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) “Leto AMOR-2017” müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb. Müsabiqə hər il RAGB-ın sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir.
Bu il müsabiqəyə 200-dən çox fotoiş təqdim edilib. “Leto AMOR-2017” müsabiqəsinin qaydalarına görə, iştirakçılar fotoişlərini “İnstaqram” sosial şəbəkəsinin səhifələrində yerləşdirərək onlara yay əhvalatı barədə kiçik hekayə əlavə etməli idilər. Müsabiqənin finalı Moskvanın nüfuzlu “LOOKIN ROOMS” klubunda keçirilib.
“Ekologiya – “Yaşıl planet – Yaşıl ev” nominasiyasında Sankt-Peterburqdan tələbə Elvira Əzimova ən yaxşı fotoqrafiyanın müəllifi hesab olunub. “Turizm – “Turistlərin gözü ilə” nominasiyasında birinci yeri Sevda Süleymanova tutub. Fidan Nəbiyevanın fotoişi “Mənzərələr – “Ucsuz-bucaqsız Vətənim” nominasiyasında ən yaxşı iş sayılıb. “Tarixi yerlər – “Göz oxşayan, yaddaşda iz qoyan” nominasiyasında birinci yerə Şahin Əliyev layiq görülüb. Qaliblərə fəxri diplomlar, habelə qiymətli mükafatlar verilib.