Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü olan bu tədbir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kliniki transfuziologiya və hematologiya kafedrasında təşkil edilib. 80-dən çox insan hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün qan veriblər. Aksiyada Azərbaycan, Rusiya, Malayziya, İndoneziya, Misir, Çin, Özbəkistan, Gürcüstan və başqa ölkələrdən tələbələr iştirak ediblər.