Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş III Universiada başa çatıb.
III Universiada Heydər Əliyev Kuboku uğrunda mini futbol turniri ilə yekunlaşıb. Moskvadakı Sokolniki İdman Kompleksində keçirilən turnirin qalibi Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin komandası olub. İkinci yeri Rusiya Gömrük Akademiyası və Moskva Dövlət Pedaqoji Universitetinin birləşmiş komandası, üçüncü yeri isə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin komandası tutub.
Rusiya Azərbaycanlı Gənclər Birliyi İdarə Heyətinin üzvü Emin Hacıyev qaliblərə Heydər Əliyev Kuboku və medallar, RAGB-nin sədri Leyla Əliyevanın adından hədiyyələr təqdim edib.
III Universiada çərçivəsində, həmçinin kişilər və qadınlar arasında voleybol, marafon və stolüstü tennis yarışları da keçirilib. Universiadanın bütün qaliblərinə mükafatlar təqdim olunub.