Prezident İlham Əliyev və ailə üzvləri Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak ediblər

Video

Prezident İlham Əliyev və ailə üzvləri Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak ediblər

Prezident İlham Əliyev və ailə üzvləri Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak ediblər
14/06/2018

İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasiminin proqramı zənginliyi və əvvəlki dünya çempionatlarının açılış mərasimlərinin proqramlarından fərqli formatı ilə əsaslı şəkildə seçilib. Budəfəki tədbir daha qısa vaxt ərzində və yığcam olub, məşq ərəfəsində deyil, birbaşa Rusiya-Səudiyyə Ərəbistanı matçından əvvəl keçirilib.

Dünya çempionatına ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, FIFA-nın prezidenti Canni İnfantino mərasimdə çıxış ediblər.

Otuz iki ölkənin yığma komandalarının mübarizə apardığı budəfəki futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Çempionat Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

Rusiyada təşkil olunan futbol üzrə növbəti dünya çempionatı meydan sahiblərinin oyunu ilə başlayıb.

Açılış mərasimindən dərhal sonra “A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva həmin görüşü izləyiblər.