Leyla Əliyevanın kitabı Londonda nəşr olunub
02/07/2018

Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.

Kitaba daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçiləri Karolina Valton və Anna Mariya Cekson çevirib.

Nəşrin redaktoru Karolina Valtondur.