Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzində (RECM) olub, bu tibb müəssisəsinin rəhbərləri ilə görüşüblər.