Prezident İlham Əliyev və ailə üzvləri “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak ediblər

Video

07/11/2018

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər.

Hipermarketdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verilib. “Bravo” Azərbaycanın ən böyük hipermarket şəbəkəsi hesab olunur.

Bildirilib ki, inşasına ötən ilin mayında başlanılan bu ticarət obyektinin ümumi sahəsi 7 hektardan, ticarət sahəsi isə 8 min kvadratmetrdən artıqdır. Hipermarketin qapalı və açıq avtodayanacağının sahəsi 11 min kvadratmetrdən çoxdur. Bu dayanacaqlarda eyni vaxtda 800-ə yaxın avtomobil saxlanıla bilər. Zövq oxşayan müasir tərtibatlı hipermarketdə bazarlıq üçün hərtərəfli imkanlar var. Müştərilərə ən geniş çeşiddə müxtəlif növ məhsullar təqdim edilir. Yeni hipermarketdə alıcılara həmçinin “Bravo” özəl ticarət markasına məxsus ərzaqlar, müxtəlif çeşiddə keyfiyyətli qeyri-qida məhsulları da təklif olunur.

Burada “Bravo kafe”, uşaqlar üçün xüsusi zona, “Kapital Bank”, “McDonalds”, “Buta aptek” də fəaliyyət göstərəcək.

Sonda xatirə şəkli çəkdirilib.