Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Mayın 24-də IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” layihəsi çərçivəsində ADA Universitetinin kampusunda mövcud olan yaşıllıq sahəsinə sincablar buraxılıb. “Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib.
Sincablar üçün əlverişli yaşam şəraitinin olduğu kampus ərazisinə ilkin olaraq 25 sincab buraxılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların şam ağaclarının çoxluq təşkil etdiyi yeni Zooloji Parkın ərazisinə və Dədə Qorqud Parkına keçərək təbii şəkildə çoxalmasıdır.