Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin bir qrup sakini Rusiya Uşaq Fondunun 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi bayram tədbirlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iştirak edir.
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis edilməsindən 70 il ötür. Rusiya Uşaq Fondu bu münasibətlə ölkənin müxtəlif regionlarından, eləcə də xarici ölkələrdən 10 min uşağı Moskvaya dəvət edib. Bir neçə gün ərzində uşaqlar Moskvanın məşhur teatrlarının onlar üçün hazırladığı tamaşalara baxacaq, Kremldə, muzeylərdə, heyvanxanada olacaqlar.
Bayram proqramının təntənəli açılış mərasimi isə Rusiya Böyük Teatrında keçirilib. Uşaqlar teatrlaşdırılmış konsert proqramına tamaşa ediblər. Tamaşadan əvvəl Rusiya Uşaq Fondunun rəhbəri Albert Lixanov Prezident Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Nizami rayonundakı 1 saylı uşaq evinin nümayəndəsi Rövşən Məmmədov uşaqların Moskvada keçirilən maraqlı bayram proqramında iştirak etməsi üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.