Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
İyunun 3-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Gözəl bir gün” adlı bayram tədbiri keçirilib. Tədbir Yaradıcılıq Mərkəzi tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) iştirakı ilə təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova tədbir haqqında məlumat verib. O bildirib ki, bayram tədbiri Xalq yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun eyni adlı hekayəsi ilə adlandırılıb.
Tədbirdə “İstedArt” və “Yaradan uşaqlar” layihələrindən qırxdan çox uşaq iştirak edib.
Uşaqlar istedadlı gənc rəssamlar, musiqiçilər, fotoqraflar və xoreoqrafların təşkil etdikləri ustad dərslərində, əyləncəli oyunlarda, musiqili yarışmalarda iştirak ediblər.
Uşaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr paylanılıb.