Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub.
Məlumat verilib ki, institutda 245 çarpayılıq 8 klinik şöbə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir.
Leyla Əliyeva burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşüb, balacalara hədiyyələr təqdim edib.
Heydər Əliyev Fondu respublikada ana və uşaqların sağlamlığının mühafizəsinə xüsusi diqqət yetirir. İndiyədək Fondun dəstəyi və təşəbbüsü ilə çox sayda ambulator-poliklinika və stasionar tibb müəssisələri təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.
Leyla Əliyeva kollektivə uğurlar arzulayıb, burada müalicə olunanlara şəfa diləyib.