Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ("IOI 2019") açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov və ADA Universitetinin rektoru, səfir, "IOI 2019"un fəxri sədri Hafiz Paşayev tədbirdə çıxış ediblər.
Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li "IOI 2019"un açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə söz açıb.
Olimpiadanın rəsmi qlobal sponsoru "Acer"in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski "Acer" və "IOI" əməkdaşlığından danışıb.
Daha sonra "IOI 2019"un 88 ölkə və regiondan nümayəndə heyətləri təqdim edilib.
Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.