Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.
Mehriban Əliyeva: Sizi görməyə çox şadam.
Hicran İsmayılova: Çox sağ olun, Allah razı olsun.
Mehriban Əliyeva: Sağ olun, bir daha xoş gördük.
Hicran İsmayılova: Allah Sizdən razı olsun.
Mehriban Əliyeva: Bu ev Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.
Hicran İsmayılova: Bəli. Siz bizi evlə təmin etmisiniz.
Mehriban Əliyeva: Qısa zamanda inşa edildi.
Anar Ələkbərov: Mehriban xanım, biz bu evi Sizin tapşırığınızla iki ay ərzində tikib təhvil vermişik.
Hicran İsmayılova: Çox sağ olun Mehriban xanım.
Qeyd edək ki, həmin zəlzələ zamanı Şamaxı ilə yanaşı, İsmayıllı və Ağsu rayonlarında da fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən zəlzələnin fəsadlarının dərhal aradan qaldırılmasına başlanıldı. Bu məqsədlə dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamla Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Prezident İlham Əliyevin sentyabrın 12-də və 13-də imzaladığı sərəncamlara əsasən isə Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə bu rayonların hər birinə 2 milyon manat vəsait ayrıldı.
Xatırladaq ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkən ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar.