Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Sentyabrın 30-da Nəsimi festivalı çərçivəsində Qala qəsəbəsində “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olub.
Layihənin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Ötən ildən həyata keçirilən layihədə yeddi əcnəbi və iki yerli qrafiti rəssamı iştirak edərək köhnə sənaye anbarı üzərində inanılmaz divar rəsmləri yaradıblar.
Bildirilib ki, layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların “urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunur.
Əsas məqsəd yalnız məşhur rəssamların işlərini göstərmək deyil, həmçinin yerli istedadları da bu layihəyə cəlb etmək olub.
Qeyd edilib ki, Nəsimi şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində bu il, həm də uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə “Ümidin yaradılması” sosial-mədəni layihəsi də həyata keçirilib. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb.
Festival çərçivəsində bu köynəklərin nümayişi də olub. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.
Sonra qonaqlar hər iki layihə ilə tanış olublar.