Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Noyabrın 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – IDEA-nın təsisçisi Leyla Əliyeva Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin direktoru Zsuzsanna Jakabla görüşüb.
Görüşdə kampaniya tərəfindən Azərbaycanda həyata keçirilən layihələr yüksək qiymətləndirildi, IDEA ilə DST arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensialın olduğu bildirildi.
IDEA və UNEP-in əməkdaşlığı ilə həyata keçirilən “Yaşıl həftə” layihəsi çərçivəsində baş tutan görüşdə, həmçinin gələcək layihələr ətrafında fikir mübadiləsi aparıldı.