Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında
21/05/2020

Gürcüstan Milli Elmlər Akademiyasının nüfuzlu “Ukimerioni” (“უქიმერიონი”) qəzeti tanınmış Azərbaycan şairi, ABŞ xeyriyyə cəmiyyətinin “Ömür açarı” mükafatı və Puşkin adına “Qızıl medal”ın laureatı Leyla Əliyevanın “Qaçırıq, uçuruq, tələsirik”, “Zaman”, “Mağazalar və restoranlar”, “Göz yaşları” kimi şeirlərinə geniş yer ayırıb.

Şeirləri gürcü dilinə tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili tərcümə edib.

Qeyd edək ki, 30 illik fəaliyyəti dövründə qəzet, mütəmadi olaraq tanınmış dünya ədiblərinin yaradıcılığına yer ayırır.